AZ

"Everton" "Mançester Siti"nin futbolçusunu icarəyə götürə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını başqa klubda davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "İpaper" məlumat yayıb.

Mənbənin məlumatına görə, onu icarəyə vermək istəyən 29 yaşlı ingilislə "Everton" maraqlanır. Futbolçunu "Vest Hem" və "Napoli" də transfer etmək istəyir.

Qrealiş 2024/25 mövsümündə "Siti"nin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" oyunçunun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

Seçilən
2
operativmedia.az

1Mənbələr