AZ

Trampdan etiraf: Çinə dəvət almışam, amma...

ABŞ prezidenti Donald Tramp Çinə səfər etmək üçün dəvət aldığını bildirib. Lakin o, prezident Si Cinpinlə mümkün qədər tez görüşmək istəyi barədə yayılan xəbərləri təkzib edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Yalan media Çin prezidenti Si Cinpinlə sammitə can atdığım barədə xəbərlər yayıb. Bu doğru deyil, heç nə axtarmıram. Mən Çinə gedə bilərəm, ancaq dəvətnamə ilə, hansı ki, artıq göndərilib", - Ağ Evin rəhbəri yazıb.

Qeyd edək ki, iyulun əvvəlində bildirildi ki, Tramp administrasiyası iş adamlarının bu il Çinə mümkün səfərə marağını qiymətləndirmək üçün ABŞ-ın iri şirkətlərinin rəhbərləri ilə danışıqlar aparır. Jurnalistlərin fikrincə, Trampın Çinə səfəri 2025-ci ilin oktyabrında Malayziyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, iyulun 18-də isə “The Times” qəzeti mənbələrə istinadən yazıb ki, Tramp, Putin və Si Cinpin sentyabrın əvvəlində Çində görüşə bilərlər.

Seçilən
7
publika.az

1Mənbələr