AZ

Ukrayna Rusiyanın dəmir yollarını PARTLATDI, hərəkət İFLİC OLDU

Rostov vilayətində sərnişin qatarı Ukrayna Silahlı Qüvvələrinin (AFU) kamikadze pilotsuz uçan aparatı ilə vurulub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları öz Telegram kanalında məlumat yayıb.
“Fövqəladə hadisə Moskva vaxtı ilə saat 02:00-da (Bakı vaxtı ilə 03:00-da) Salsk stansiyasında baş verib. 59 saylı Novokuznetsk-Kislovodsk qatarının iki vaqonunun şüşələri zədələnib. Qatarda olan sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.

Bundan başqa, stasionar yük qatarı yerə düşən dron qalıqları səbəbindən yanıb. Yanğının söndürülməsi üçün yanğınsöndürən qatarı göndərilib”, – məlumatda deyilir.

Bildirilir ki, əlaqə şəbəkəsinin fəaliyyəti pozulub. Salsk stansiyasından keçən qatarların hərəkəti dayandırılıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov lisenziya ilə işləyən miqrantlara 2025-ci ilin sonuna qədər taksi sürməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Qeyd olunur ki, qərar taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq və Rusiya vətəndaşları üçün əlavə məşğulluq imkanları yaratmaq məqsədi daşıyır.

Hakimiyyət belə bir tədbirin şəhərin həyatına sosial-iqtisadi təsirini 2025-ci ildə qiymətləndirməyi və 2026-cı ildə tətbiq edilməsinin zəruriliyi barədə qərar qəbul etməyi planlaşdırır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
3
ictimairey.az

1Mənbələr