AZ

ABŞ-də Rusiya ərazisini almaq təklif olunub | VİDEO

AzVision.az xəbər verir ki, “Breaking Defense” nəşri üçün yazdığı məqalədə hərbçi Komandor adalarının Çinin Tszyanqeçjuan dəniz bazasından Arktikaya qədər potensial marşrut boyunca yerləşdiyinə diqqət çəkib.

“ABŞ bu potensial sövdələşmənin bir hissəsi kimi təkcə adaları deyil, həm də onların ətrafındakı müstəsna iqtisadi zonanı, təbii ehtiyatları və infrastrukturu almalıdır. Bu, ölkənin eksklüziv iqtisadi zonasının ərazisini 3,8% artıracaq”, - Ceffri Frits vurğulayıb.

Onun ehtimalına görə, Komandor adaları, məsələn, ABŞ-nin XIX əsrdə elə Rusiyadan aldığı Alyaska ştatının bir hissəsi ola bilər.

Qrenlandiya neçəyədir?
Xatırladaq ki, bundan əvvəl Amerika lideriDonald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bəyan etmişdi. Onun fikrincə, bu, milli təhlükəsizlik və “azad dünya”nın qorunması üçün strateji əhəmiyyət kəsb edir.

Lakin Danimarka hakimiyyəti ABŞ prezidentinin bu ideyası ilə razılaşmır. İyunun 5-də Danimarkanın baş naziriMette FrederiksenTrampın ada ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb və danimarkalıların Ağ Ev rəhbərinə “əyilməyəcəyini” vurğulayıb.

Bununla belə, iyunun 17-də Pentaqonun sözçüsü Şon Parnell Donald Trampın Amerika ordusunun döyüş komandanlığının planını dəyişdiyni və Qrenlandiyanı ABŞ-nin Şimal Komandanlığının nəzarəti altına verdiyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
15
1
azvision.az

2Mənbələr