Bakı şəhəri, Nizami küçəsində yerləşən “Şazeli Baku” restoranı ilə bağlı ciddi iddialar səsləndirilib.
Bakues.az-a daxil olan məlumata görə, restoranın mətbəxində sanitar-gigiyenik normalara əməl olunmur.
İddialara əsasən, təmizləmə işləri laqeyd vəziyyətdədir, avadanlıqların səthləri qida qalıqları ilə çirklənmiş halda qalır. Bu cür vəziyyət isə yalnız restoranın imicinə deyil, həm də müştərilərin sağlamlığına ciddi təhlükə yaradır.
Qida təhlükəsizliyi standartlarının pozulması ilə bağlı yayılan bu iddialar ictimaiyyətdə narazılığa səbəb olub. Vətəndaşlar restoranın aidiyyəti qurumlar tərəfindən təcili yoxlanılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://bakues.az/public/uploads/2025/07/bakues_fb27b2821d019b28f0f8a85eb02b1110_qy4zfjg0c5mhw7pb3rvk.mp4