AZ

“Masdar” “Qaradağ” günəş elektrik stansiyasında mövcud güclərin artırılmasında böyük potensial görür

Bakı. Trend:

“Masdar” şirkəti Azərbaycanda “Qaradağ” günəş elektrikstansiyasında mövcud güclərin artırılmasında böyük potensialgörür.

Bunu Trend-ə özəlmüsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoruMurad Sadıxov bildirib.

“Stansiyanın pik gücü 230 meqavatdır və tam gücü ilə işləyir.Artıq Energetika Nazirliyi ilə stansiyanın gücünün artırılmasıməsələsi üzrə müəyyən məsləhətləşmələr aparmışıq. Sahəmizinyaxınlığında çoxlu sayda əlçatan torpaq sahələri var və bizgenişlənmək üçün yaxşı potensial görürük”, – deyə o bildirib.

İkincisi, onun sözlərinə görə, istehsal olunacaq enerjini alacaqpotensial alıcının (offteykerin) tapılması vacibdir.

“Bu məsələlər hazırda müzakirə olunur. Belə imkan yarandıqda,düşünürəm ki, layihənin yeni mərhələsini başlada biləcəyik”, – deyəo əlavə edib.

Sadıxov qeyd edib ki, 2025-ci ilin iyun ayında “Qaradağ” günəşelektrik stansiyasının elektrik enerjisi istehsalı ümumilikdə 68,8milyon kilovatt-saat təşkil edib.

“Bu, 2025-ci ildə "Qaradağ" stansiyasının faktiki generasiyagöstəricisidir. 9 iyulda stansiyanın istifadəyə verilməsindən bugünə qədər ümumilikdə 800 milyon kilovatt-saat "yaşıl" enerjiistehsal olunduğunu qeyd etdik. Bu, çox yüksək göstəricidir”, –deyə o bildirib.

Stansiyada istifadə olunan innovativ texnologiyalar barədədanışan Sadıxov qeyd edib ki, obyekt 570 000 ədəd ikitərəfli günəşpanelindən ibarətdir.

“Bu yeni texnologiya enerjini panellərin həm ön, həm də arxatərəfindən hasil etməyə imkan verir. Günəşin hərəkətini və bucağınıizləyən sistemdən istifadə olunur. Stansiyada 820 ədəd siminvertoru var və bütün enerji "Azərenerji"nin şəbəkəsinə ötürülür”,– deyə Sadıxov izah edib.

O əlavə edib ki, stansiyada hər şeyin düzgün işləməsini təminetmək üçün "Masdar" şirkətinin texniki xidmət komandası fəaliyyətgöstərir.

“Günəş stansiyasının istismarı və texniki xidməti uzunmüddətlimarafondur. Bu stansiya daim tam gücü ilə işləməlidir. Ona görə də"Masdar" şirkətinin bu sahədə ixtisaslaşmış texniki xidmət şirkətivar – “Masdar Specialized Technical Service Company” (MSTS).Ərazidə stansiyanın istismarında böyük təcrübəyə malik 20-dən çoxəməkdaş çalışır”.

Məqalədə:
Seçilən
5
1
az.trend.az

2Mənbələr