Sea Breeze

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə istehlakçıların sağlam və təhlükəsiz halal qida məhsulları ilə təmin olunmasını dəstəkləmək məqsədilə bu sahədə qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyətlərini davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin çərçivədə AQTİ tərəfindən kolbasa və sosiska məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən “Hicaz 313” MMC müəssisəsinə OIC/SMIIC 1:2019 – “Halal Qidaya dair Ümumi Tələblər” standartı üzrə “HALAL” uyğunluq sertifikatı təqdim olunub.

Sertifikatlaşdırma prosesi çərçivəsində müəssisənin halal qaydalara uyğunluğu, istehsalat sahəsi, texnoloji prosesləri, sanitar-gigiyenik normalara riayət edilməsi, xammalın mənşəyi, HACCP idarəetmə sistemi və məhsulun izlənilə bilməsi imkanları müvafiq beynəlxalq standartların tələbləri əsasında ətraflı şəkildə qiymətləndirilib və uyğunluq təsdiq olunub.

Qeyd edək ki, indiyədək AQTİ tərəfindən “Siyəzən Broyler” ASC, “Səhliyalı” KM, “Chicken Pro.” MMC və “Harun N” MMC müəssisələri də OIC/SMIIC 1:2019 standartı üzrə “HALAL” uyğunluq sertifikatı ilə təmin olunub. Həmin sertifikatların təqdim edilməsi, müəssisənin məhsullarının yalnız dini tələblərə deyil, eyni zamanda, təhlükəsizlik, gigiyena və keyfiyyət sahəsində beynəlxalq norma və prinsiplərə uyğun olduğunu təsdiqləyir.

ETX
ETX
ETX