“Football-plus.az” Bəxtiyar bəylə əlaqə saxlayıb, bundan sonra necə çalışacağını, klublarla işbirliyinə davam edib-etməyəcəyini də soruşub:
“Bu mənim üçün yad iş deyil. Əvvəl də belə işləyib, klublara yardımçı olmuşam. Cahangir Fərəcullayev tərəfindən belə iş təklifi gəldi. Ona da təşəkkür edirəm. Hər komandada baş məşqçilər var. Biz öz töhfəmizi verəcəyik. Çalışacağıq ki, bölgələrdə heç kimi diqqətdən kənar qoymayaq. Əvvəllər klublardan köməyimi əskik etmirdim. Amma indi yalnız millidə işləyəcəm. Heç bir klubla işbirliyim olmayacaq”.
MÜZƏFFƏR QULUZADƏ