Dortmund “Borussiya”sının qapıçısı Diant Ramay 2025/26 mövsümünü Almaniyanın “Haydenhaym” klubunda icarə əsasında keçirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 23 yaşlı qolkiper geridə qalan mövsümdə də icarədə olub – o, Danimarkanın “Kopenhagen” klubunda çıxış edib. Almaniyalı qolkiper orada 24 oyunda meydana çıxaraq cəmi 15 qol buraxıb və komandanın ölkə çempionu olmasında mühüm rol oynayıb.
“Borussiya” Ramayı 2025-ci ilin fevralında transfer etmiş və dərhal “Kopenhagen”ə icarəyə göndərmişdi. Diqqətçəkən məqam odur ki, Diant Ramay “Haydenhaym” klubuna yad deyil – o, bu klubun akademiyasında yetişib və gənclik illərində burada çıxış edib.
Kosovo əsilli qapıçı daha əvvəl “Ayntraxt” (Frankfurt) və Niderlandın “Ayaks” komandalarının formasını da geyinib.