AZ

Dövlət Proqramına qəbul meyarlarında hər hansı ciddi dəyişiklik nəzərdə tutulmur RƏSMİ

Bakı, 29 iyul, AZƏRTAC

2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) qəbul meyarlarında hazırda hər hansı ciddi dəyişiklik nəzərdə tutulmur.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, Dövlət Proqramına qəbul hər il Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş siyahı əsasında həyata keçirilir: “2026–2027-ci tədris ili üçün siyahı bu ilin sonunda ictimaiyyətə açıqlanacaq. Hər il siyahılara dəyişiklik və əlavələr olunur. Əsas məqsəd ölkəyə qayıtdıqdan sonra kadr potensialının gücləndirilməsidir”.

 

Seçilən
19
2
azertag.az

3Mənbələr