Kamboca Tailandla hərbi dairə rəhbərlərinin bu səhərə planlaşdırılan görüşünü iki dəfə təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə Tailandın PBS telekanalı krallığın quru qoşunları komandanlığının bəyanatına istinadən məlumat yayıb.
"Kamboca tərəfi iki dəfə Tailand və Kamboca hərbi dairələri komandirlərinin saat 07:00-a (Bakı vaxtı ilə 04:00) planlaşdırılan görüşünü qeyri-müəyyən müddətə təxirə salıb", - Tailand ordusunun bəyanatında deyilir.
Bildirilir ki, iki ölkə sərhədinin bəzi hissələrində atışma davam edir. Banqkok qeyd edir ki, səhər tezdən Kamboca tərəfindən atəş açılıb və Tailand qoşunları cavab verməyə məcbur olub.