"Bayer Leverkuzen" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa nəhəngi rəsmi saytında komandanın yeni hücumçusunun adını açıqlayıb.
Njikura Bomba "əczaçılar"la müqavilə imzalayıb. Malili futbolçunun transfer qiyməti 1,5 milyon avrodur.
1,88 metr boya malik Njikura Bomba 2025-ci ilin aprelində Afrika Millətlər Kubokundan (U17) sonra almanların diqqətini cəlb edib. O, sözügedən turnirdə keçirdiyi 6 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Malililər turnirin finala yüksəlib və həlledici oyunda Mərakeşə penaltilər seriyasında uduzub.
Bu yaydan etibarən "Bayer"ə "Mançester Yunayted" və "Ayaks"dakı işi ilə tanınan Erik ten Haq rəhbərlik edir.