"Ayaks"ın sol cinah müdafiəçisi Yorrel Hato karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Məlumata görə, 19 yaşlı niderlandlı "Çelsi" ilə razılığa gəlib. Mənbə "zadəganlar"ın bu keçid üçün Amsterdam klubuna 40 milyon avro ödəyəcəyini vurğulayıb.
Ötən mövsüm bütün turnirlərdə 50 matça çıxan Hato 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Ayaks"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc arxa xətt oyunçusunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat