AZ

“Borussiya” Timo Vernerin transferini nəzərdən keçirir

Almaniyanın “Borussiya Mönhenqladbax" klubu hazırda “Leypsiq”də çıxış edən cinah hücumçusu Timo Vernerin transferini gündəmə gətirib.

90deqiqe.Az-ın "Get German Football News"a istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçunun keçidi baş tutacağı təqdirdə, o, hazırkı maaşını əhəmiyyətli dərəcədə azaltmalı olacaq. Belə ki, “Borussiya” xərcləri optimallaşdırmağa çalışdığı üçün Vernerə ildə 10 milyon avro deyil, cəmi 4 milyon avro təklif ediləcək.

Qeyd edək ki, Verner ötən mövsümü icarə əsasında İngiltərənin “Tottenhem” klubunda keçirib. O, 27 oyunda meydana çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalına əsasən, təcrübəli hücumçunun cari bazar dəyəri 7 milyon avrodur.

Seçilən
4
90deqiqe.az

1Mənbələr