BAKI, 29 iyul. TELEQRAF
Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” növbəti transferini reallaşdırıb.
Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" son olaraq “Turan Tovuz”da çıxış etmiş Sadiq Quliyevlə anlaşıb.
30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" növbəti mövsüm I Liqada mübarizə aparacaq.