BAKI, 29 iyul. TELEQRAF
Beynəlxalq ictimaiyyətin göstərdiyi təzyiqlər İsrailin siyasətinə təsir etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar bildirib.
Onun sözlərinə görə, ancaq bu təzyiqlər Qəzzada atəşkəsin əldə olunması və girovların azad edilməsi imkanlarını azaldır.