AZ

Brayantın “Leykers”lə debüt etdiyi ayaqqabı 240 min dollara satıldı


Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu Kobe Brayantın “Los Anceles Leykers”in start heyətində debüt oyununa çıxdığı idman ayaqqabısı hərracda 240 min dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, hərrac “SCP Auctions” hərrac evinin təşkilatçılığı ilə keçirilib.
Brayant “Leykers”in start heyətində 1997-ci il yanvarın 28-də “Dallas Maveriks”lə oyunda debüt edib. Oyun 102:82 hesabı ilə “Leykers”in xeyrinə başa çatıb. Brayant bu oyunda 12 xal qazanıb, 3 ribaund və 2 məhsuldar ötürmə edib.
Bu idman ayaqqabısı 2023-cü ilin noyabrında “Heritage Auctions” hərrac evində 28 min 800, 2024-cü ilin noyabrında “Goldin Auctions” hərrac evində 34. min 160 dollara satılıb.
Qeyd edək ki, bu ilin aprel ayında Bryantın “Leykers”də debüt etdiyi oyun forması Nyu-Yorkda “Sotheby's” hərrac evində 7 milyon dollara satılıb.
Xatırladaq ki, beşqat NBA çempionu Kobe Brayant 2020-ci ilin yanvarında vertolyot qəzasında 41 yaşında vəfat edib. Onunla birlikdə 13 yaşlı qızı Cianna və daha yeddi nəfər həlak olub.
Seçilən
1
yeniavaz.com

1Mənbələr