AZ

NATO gəmisi Baltik dənizində təlimlər keçirib

NATO-nun “Alliance” gəmisi Baltik sularında təlimlər keçirib.

Qaziler.az bildirir ki, bu barədə Latviyanın LSM portalı məlumat yayıb.

“Gəmi bu yaxınlarda Baltikyanı sulara baş çəkib: komanda sualtı infrastrukturun – kabellərin, boru kəmərlərinin və s.-nin qəzalardan və mümkün təxribatlardan daha effektiv qorunmasına imkan verəcək eksperimentlər aparıb”, - məlumatda deyilir.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirmişdi ki, NATO hərbi baxımdan ən dinc Baltikyanı bölgəni hərbi qarşıdurma zonasına çevirə bilər.

QAZİLER.AZ

Seçilən
0
qaziler.az

1Mənbələr