“Prezident dinamikanın olmamasından tamamilə məyus idi. Onlar həqiqətən görüşürdülər və danışırdılar, amma heç nə etmirdilər. Nəticədə Tramp məktubda avropalılara xəbərdarlıq etdi ki, nəhayət danışıqlar masasına əyləşməsələr, ciddi riskə gedəcəklər”,- qəzet yazır.
![]() |
ABŞ və Avropa razılığa gəldilər| VİDEO |
Xatırladaq ki, iyulun 28-də ABŞ və Aİ arasında Brüsselin ABŞ-dən 750 milyard dollar dəyərində enerji daşıyıcıları alacağını nəzərdə tutan ticarət sazişi imzalanıb. Bundan əlavə, avropalılar ABŞ-yə investisiyaları 600 milyard dollar artırmağa və Amerika silahlarını almağa razılaşdılar. Bunun müqabilində Vaşinqton Avropa mallarına tətbiq edilən rüsumları 30%-dən 15%-ə endirib.
Tramp bu razılaşmanı indiyədək imzalanan sazişlərdən “ən böyüyü” adlandırıb. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen, öz növbəsində, vurğulayıb ki, bu saziş Aİ ilə ABŞ arasında ticarət əlaqələrini balanslaşdırmağı dəstəkləyəcək, həmçinin Avropaya Rusiyanın neft və qazından imtina etməyə imkan verəcək.
Sahil İsgəndərov
AzVision.az