AZ

Kolumbiyanın keçmiş prezidenti ilə bağlı HƏBS QƏRARI

Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe hərbiləşdirilmiş qruplarla əlaqəsi ilə bağlı aparılan istintaq zamanı şahidlərə rüşvət verməkdə və onlara təzyiq göstərməkdə təqsirli bilinib.

“İki sahil” CNN-a istinadla xəbər verir ki, bu, Kolumbiya tarixində ilk dəfədir ki, keçmiş dövlət başçısı məhkəmə tərəfindən mühakimə olunur.

Uribeyə qarşı iş onun hələ 2012-ci ildə senator İvan Zepedaya qarşı qaldırdığı iddiadan irəli gəlib. Keçmiş prezident senatoru sövdələşmədə və onu qeyri-qanuni silahlı qruplarla əlaqələri haqqında yalan iddialar yaymaqda ittiham edib. Lakin sonradan məhkəmə Zepedanı günahsız bilib və Alvaro Uribenin özünə qarşı ittiham irəli sürüb.

Hakim Sandra Liliana Heredia səs-küylü iş üzrə qərarını demək olar ki, 10 saata oxuyub və əlavə edib ki, bu, onun qərarının natamam mətnidir. Keçmiş prezidentə bu ilin sonunda hökm oxunacaq. Onu 12 ilə qədər həbs gözləyir. Artıq Uribe özü də məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Seçilən
17
ikisahil.az

1Mənbələr