İranın ali rəhbəri Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi, Əliəkbər Ocaqnejad Ərbəin mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə gedib. Vətəninfo.az Guneynews-ə istinadən xəbər verir ki,o ziyarət zamanı Azərbaycandan İraqa gedən şəxslərlə görüşlər keçirəcək.
Məlumata görə, hökumət mollasının Azərbaycan, Gürcüstan və Dağıstandan Kərbəlaya gedən ziyarətçilərlə də görüşəcəyi, onlara Xameneinin və Qumdakı dini mərkəzlərin tapşırıqlarını çatdıracağı gözlənilir.
Qeyd olunur ki, İran hər il qonşu ölkələrdən Kərbəlaya ziyarətçiləri cəlb etmək üçün xüsusi vəsaitlər ayırır. Bu çərçivədə SEPAH və dini qurumların fəallığı artır. Məhz bu səbəbdən Pakistan hökuməti bu il yeni təhlükəsizlik və nəzarət tədbirləri həyata keçirmək qərarına gəlib.