AZ

Arif Babayevin oğlu da danışdı: Vəziyyəti ağırdır, heç bir reaksiya vermir

BAKI, 28 iyul. TELEQRAF

“Atamın vəziyyəti ağırdır".

Bunu Teleqraf-a Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev atasının səhhətindən danışarkən deyib.

“Hazırda reanimasiyadadır. Hər gün xəstəxanaya baş çəkirik, amma heç bir reaksiya vermir. Ürəyində də ciddi problem var. Bəzi orqanları müalicəyə cavab vermir,”- deyə Yaşar Babayev bildirib.

Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub. İyulun 23-də Qax rayonunda istirahətdə olan zaman onun səhhəti ağırlaşıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Burada Xalq artistinə kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulub, ilkin tibbi yardım göstərilib. İyulun 24-də Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr