ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qarşılıqlı tariflər üzrə ticarət danışıqlarında Avropa İttifaqının (Aİ) passiv mövqeyi ABŞ Prezidenti Donald Trampı məyus edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri yüksəkrütbəli amerikalı məmura istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Aİ rəsmiləri ilə ABŞ Administrasiyası arasında ilk 13 virtual və üz-üzə təmas zamanı Brüssel Vaşinqtona bir dənə də olsun təklif irəli sürməyib.
"Prezident onların tərəfində dinamikanın olmamasından dərin məyus olub, onlar sadəcə görüşüb danışıblar, amma heç nə etməyiblər. Sonra onlara məktub göndərib və hər şey dəyişib - onlar onun ciddi olduğunu başa düşdülər, danışıqlar masasına oturmasalar, özlərini ciddi riskə atacaqlarını anladılar", - deyə nəşrin mənbəsi bildirib.
Məmur əlavə edib ki, ABŞ administrasiyası özəl olaraq Aİ-nin hərəkətlərini Trampdan daha sərt qiymətləndirib.
İyulun 27-si Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşdən sonra Vaşinqton və Brüsselin ABŞ-yə idxal edilən bütün Avropa mallarına 15% rüsum tətbiq etməyə razılaşdıqlarını, Aİ isə ABŞ mallarına rüsum tətbiq etməyəcəyini bildirib. Tramp administrasiyası daha əvvəl Aİ-nin bütün ixracatına 30%-lik yeni tariflər tətbiq etmək niyyətində olduğunu bildirmişdi. Tramp Aİ ilə sazişi tarixin ən böyük sazişi adlandırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.