GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
NATO-nun “Alliance” gəmisi Baltik dənizinin sularında təcrübələr aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Latviyanın “LSM” portalı məlumat yayıb.
“Gəmi bu yaxınlarda Baltik dənizinin sularında olub. Komanda sualtı infrastrukturun – kabellərin, boru kəmərlərinin və sair qəzalardan və mümkün təxribatdan daha effektiv qorunmasına imkan verəcək eksperimentlər aparıb”, – deyə bildirilib.
Sözügedən xəbər Rusiyada narahatlıqla qarşılanıb. Prosesin Moskva əleyhinə addım olduğu bildirilir.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan etmişdi ki, NATO hərbi baxımdan ən dinc olan Baltik regionunu hərbi qarşıdurma zonasına çevirə bilər.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.