AZ

Azərbaycanda un ucuzlaşır, çörəyin qiyməti isə dəyişməz qalır Qiymətlər

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Son 3 ayda Azərbaycanda unun qiyməti ucuzlaşıb.

Yeniavaz.com xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində orta hesabla 67 qəpik ucuzlaşma olub.

Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 22 şirkət və 2 fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət azalması qeydə alınıb.

Ən yüksək azalma Tovuz rayonu, Aburbəyli kəndində yerləşən “Nural” MMC-yə məxsus topdansatış mərkəzində olub. Aprel ayının 28-də burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 28 manat olduğu halda, dünən 27 manata endirilib.

Digər topdansatış mərkəzlərində isə 50 kiloqramlıq un kisəsinin qiyməti son 3 ayda aşağıdakı kimi olub:

Məlumat üçün onu da bildirək ki, unun topdansatış qiymətində ucuzlaşma olsa da, çörək və un məmulatlarının qiyməti dəyişməz qalıb.

Açıqlanan rəsmi məlumatlara görə, son 3 ayda çörək və un məmulatlarının qiyməti aşağıdakı kimi olub:

Çörək – 1,70 manat (1 kq);

Lavaş – 1,36 manat (10 ədəd);

Bulka – 0,47 manat (100 qram).Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
yeniavaz.com

4Mənbələr