AZ

Bakıda yeddi yaşlı uşağı gürzə sancıb, vəziyyəti ağırdır

 Bakının Mərkəzi Botanika bağında yeddi yaşlı uşağı zəhərli gürzə ilanı sancıb, hadisə ilə bağlı haqqin.az məlumat yayıb.

2018-ci il təvəllüdlü azyaşlı dərhal Uşaq Klinik Tibbi Mərkəzinin toksikologiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Azər Məqsudovun sözlərinə görə, uşağa təcili tibbi yardım göstərilib və ona zəhər əleyhinə antidot vurulub.

TƏBİB-in yaydığı açıqlamada uşağın vəziyyətinin ağır olaraq qaldığı bildirilib.

Seçilən
0
anews.az

1Mənbələr