AZ

Azərbaycan Premyer Liqasının bombardiri 2-ci Liqa təmsilçisinə keçdi

Ötən mövsüm Region Liqasının qalibi olaraq 2-ci Liqaya yüksələn "Xankəndi" heyətini gücləndirib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qarabağ təmsilçisi Nurlan Novruzovla anlaşıb. 

30 yaşlı forvard artıq dünəndən təlim-məşqlərə başlayan komandanın düşərgəsinə qoşulub. 
 
Nurlan ötən mövsümü 1-ci Liqada çıxış edən "Qaradağ Lökbatan"da başa vurub.

Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, "Zirə", Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans”, Nepalda "Maçxindira”, Litvada "Jonava" kimi klublarda forma geyinib. O, 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan çempionatının bombardiri olub.

Mirağa

Seçilən
6
1
fanat.az

2Mənbələr