AZ

Səs istehsalı üçün ən güclü 10 süni intellekt platforması

Artıq podkast yazdırmaq, mətnləri səsli kitaba çevirmək və ya peşəkar dublaj yaratmaq üçün studiyaya getməyə ehtiyac yoxdur. İstər şəxsi, istərsə də peşəkar layihələrdə istifadə üçün yüksək keyfiyyətli səslər istehsal edə biləcəyiniz onlarla süni intellekt platforması mövcuddur.

Valyuta.az səs istehsalı, səs klonlaması, dublaj və tərcümə sahələrində xidmət göstərən ən güclü 10 süni intellekt platformasını təqdim edir.

"ElevenLabs"

Süni intellektlə səs istehsalında ilk ağla gələn platformalardan biri olan "ElevenLabs" audiokitab istehsalından səs klonlamaya, dublajdan podkast hazırlamağa qədər geniş imkanlar təqdim edir. Öz ePub və ya PDF sənədlərinizi platformaya yükləyərək 70-dən çox dildə audiokitablar yarada bilərsiniz. Həm öz səsinizi klonlaya, həm də platformanın zəngin səs kitabxanasından istifadə edərək mətndən səsli kontentlər yarada bilərsiniz. "Voice Isolator" funksiyası ilə səsyazmaların keyfiyyətini artırmaq da mümkündür. Səs effektləri və danışığa əsaslanan süni intellekt agentləri "ElevenLabs"in əsas xüsusiyyətlərindəndir. İstifadəçilər buradan redaktə olunmuş transkriptlər, altyazılar və dublaj sifarişləri də verə bilərlər. Şirkət öz süni intellekt modellərini istehsal edir və "ElevenLabs V3" modeli sayəsində dialoqlar qurmaq və bu dialoqlara emosiyalar əlavə etmək mümkündür. Platformanın pulsuz versiyası mövcuddur, ödənişli paketlər isə aylıq 5 dollardan 99 dollara qədər dəyişir.

"Hailuo Audio"

"Minimax" texnologiyasından istifadə edən "Hailuo Audio", mətndən danışığa keçid imkanları təqdim edir. İstifadəçilər platformanın səs kitabxanasından səs seçə və ya öz səslərini klonlayaraq bu səsə emosiyalar əlavə edə bilərlər. Audiokitab, reklam səsləndirməsi və süni intellekt müəllimi yaradılması kimi imkanlar mövcuddur. "Hailuo Audio" həm də səs dizaynı və səs izoliyası xüsusiyyətləri təqdim edir. Platforma üzərindən süni intellektlə musiqi də istehsal etmək mümkündür. "Minimax" platformasında aylıq abunə qiymətləri 5–30 dollar arasında dəyişir.

"HeyGen"

Süni intellekt avatarları ilə tanınan "HeyGen", videolardakı səsin tərcüməsi sahəsində də mühüm imkanlar təqdim edir. Platforma, təbii dil emalı texnologiyası ilə videolardakı danışığı orijinal səsinizlə 70-dən çox dil və 175-dən çox dialektdə tərcümə edir. "HeyGen", həmçinin səs klonlamanı və dodaq sinxronizasiyası texnologiyasını da dəstəkləyir. İngilis, ispan, portuqal, alman, fransız, yapon və koreya dilləri platformada mövcuddur. Aylıq abunə qiymətləri 29 dollardan başlayır.

"Lovo"

"Lovo"nun mətn oxuma və səs istehsal proqramı 100 dildə 500-dən çox səs variantı təklif edir. Platforma ilə marketinq, təhsil və sosial media üçün səsli videolar yaradıla bilər. "Genny" adlı video istehsal platforması isə fərdiləşdirilmiş təcrübə təqdim edir. Emosional vurğular və düzgün tələffüz əlavə etmək mümkündür. Platformada istifadəçi NFT səslərdən də faydalana bilər. Pulsuz sınaq təqdim olunur, abunəlik aylıq 10 dollardan başlayır.

"MurfAI"

"MurfAI", səs klonlama və dəyişmə xüsusiyyətləri ilə yanaşı, kontentlərə musiqi, video və şəkil əlavə etməyə imkan verir. Pexels tərəfindən dəstəklənən vizual kitabxanaya malikdir. Prosesləri 20-dən çox dildə tərcümə etməyi dəstəkləyir. Platforma PowerPoint, Zapier, Canva, Notion, Wix, WordPress və Squarespace kimi sistemlərlə inteqrasiya olunur. Sosial media üçün kontentlər, məhsul təqdimatları və animasiya videoları yaratmaq mümkündür.

"PlayAI"

"Meta" tərəfindən satın alınan "PlayAI", "ElevenLabs"ə rəqib kimi qiymətləndirilir. Reklamçılıqdan təhsilə qədər geniş sahələr üçün zəngin səs və xarakter kitabxanası təqdim edir. Danışıq redaktoru, səs dəyişdirmə və səs təmizləmə funksiyalarına malikdir. Agent şablonları vasitəsilə danışıq əsaslı süni intellekt agentləri yaratmaq mümkündür. Bu agentləri "Google Calendar", "Zapier" və "Make" kimi platformalara inteqrasiya etmək olar. "PlayNote" xüsusiyyəti isə faylları səsli məzmuna çevirir.

"Respeecher"

"Respeecher", mətndən və ya danışıqdan danışığa keçid imkanı verən süni intellekt səs istehsal platformasıdır. 30-a yaxın dili dəstəkləyir. Platforma üzərindən fərqli layihələr yaratmaq və 30-dan çox səslə işləmək mümkündür. Peşəkar səsləndirmə üçün səs aktyorlarının səsləri də istifadə edilə bilər. Bu səslərin qiyməti kitabxana səslərindən 3 dəfə yüksəkdir. 3 günlük pulsuz sınaq mövcuddur. Ödəniş planı aylıq 14–49 dollar arası dəyişir.

"Speechify"

"Speechify", 60-dan çox dildə 1000-dən artıq süni intellekt səsləndirmə aktyoru ilə istənilən mətni səsli formaya çevirir. Kitabxanada "Gvinet Paltrov", "Mr. Beast" və "Snoop Dogg" kimi məşhur adların səsləri mövcuddur. Platforma "Chrome", "iOS", "Android", "Mac" və "Windows" sistemlərində 7 günlük pulsuz sınaq təqdim edir. OCR funksiyası vasitəsilə yazılı mətnləri şəkil kimi skan edib səsləndirə bilir. "Speechify" aylıq 29 dollar və illik ödəmə ilə aylıq 11,58 dollara təqdim olunur.

"Synthesia"

"Video istehsalı", "yerləşdirmə" və süni intellekt avatar xidmətləri ilə tanınan "Synthesia", 140-dan çox dildə süni intellekt səsləri və avatarlarla yüksək keyfiyyətli videolar yaratmağa imkan verir. Platforma istənilən videonu 32 dilə tərcümə edir. Tərcümə zamanı dublaj və dodaq sinxronizasiyası da tətbiq olunur. "Synthesia", səsinizi 10-15 dəqiqə ərzində klonlamağa imkan verir.

"Wellsaid"

"Synthesia" tərəfindən də istifadə edilən "Wellsaid", 120-dən çox səs seçimi ilə süni intellekt səs istehsalını təklif edir. Öz səsinizi brendinizin imza səsinə çevirə bilərsiniz. Platforma istifadəsi asan interfeys və "Adobe Premiere" və "Adobe Express" ilə inteqrasiyaya malikdir. Real vaxt rejimində komanda əməkdaşlığı üçün dizayn olunan "Wellsaid" stüdyosunda səs yaratmaq, redaktə etmək və yayımlamaq mümkündür. Abunəlik qiymətləri aylıq 55 dollardan başlayır.

Sərvanə Rəmixanova

Seçilən
1
valyuta.az

1Mənbələr