ain.az bildirir, Fanat portalına istinadən.
Ötən mövsüm Region Liqasının qalibi olaraq 2-ci Liqaya yüksələn "Xankəndi" heyətini gücləndirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qarabağ təmsilçisi Nurlan Novruzovla anlaşıb.
30 yaşlı forvard artıq dünəndən təlim-məşqlərə başlayan komandanın düşərgəsinə qoşulub. Nurlan ötən mövsümü 1-ci Liqada çıxış edən "Qaradağ Lökbatan"da başa vurub.
Qeyd edək ki, Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, "Zirə", Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans”, Nepalda "Maçxindira”, Litvada "Jonava" kimi klublarda forma geyinib. O, 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan çempionatının bombardiri olub.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.