AZ

Şimali Koreya: Nüvə dövləti statusumuzu...

Şimali Koreya, ABŞ-nin keçmiş danışıqlara dair verdiyi açıqlamalara reaksiya verərək, ölkənin "nüvə silahına sahib dövlət" statusunun heç bir halda inkar edilməsinin qəbul olunmayacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ Prezidenti Donald Trampın ilk dönəmində Koreya Yarımadasında sabitliyin təmin olunduğu və Pxenyan rəhbərliyinin hələ də ABŞ ilə dialoqa açıq olduğuna dair Vaşinqtondan gələn açıqlamalara etiraz edib.

Kim Yo Conq bu cür tək tərəfli dəyərləndirmələrə heç bir mənanın verilmədiyini bildirərək, Kim Çen In ilə Trampın görüşdüyü illərdən bəri ölkənin geosiyasi vəziyyətinin radikal şəkildə dəyişdiyinə diqqət çəkib.

Nüvə silahına sahib iki ölkə arasında gərginliyin artmasının heç bir tərəf üçün faydalı olmayacağını vurğulayan Kim Yo Conq, “Bu statusun inkarına yönəlmiş hər cür təşəbbüs qəti şəkildə rədd ediləcək”, - deyə bildirib.

Kim Yo Conq Tramp ilə arasında şəxsi münasibətlərin pis olmadığını qeyd edərək, bu münasibətin nüvəsizləşmə məqsədinə xidmət etdiyini iddia etməyin qarşı tərəflə "lağ etmək" olacağını söyləyib.

Seçilən
0
cebheinfo.az

1Mənbələr