İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, “Şahdağ” Milli Parkının ərazisində yerləşən Qaranohur gölü baxımsız vəziyyətdədir.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Görüntülərdə gölün adı yazılan və bir neçə digər plakatın istirahətə gələn şəxslər tərəfindən qırıldıdığı, ətrafın tullantılarla çirkləndirildiyi əks olunub.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanıb.