Ermənistan Respublikası baş nazirinin aparat rəhbərinin müavini Artur Hovsepyanın “Facebook” səhifəsindəki profil şəkli müzakirələrə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, 1 noyabr 2020-ci il tarixli Facebook profil şəklində “Məni tanıyın. Qarabağı tanıyın” sözləri yayılıb.
Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti isə yazıb ki, həmin şəkilin üzərində “Mən Qarabağlıyam” sözləri də qeyd edilib. Bunun ardından isə nəşr vurğulayıb: “Nikol Paşinyandan fərqli olaraq, komandası Qarabağ məsələsində güzəştə getməyin tərəfdarı deyil. Görünən odur ki, Paşinyan Qarabağdan imtina etməyib”.
P.S. Bu erməni ikiüzlülüyüdür. Bir tərəfdən Qarabağın Azərbaycan ərazisi olduğunu dilə gətirirlər. Digər tərəfdən isə “Qarabağı tanıyın” sözləri yazılmış şəkilləri paylaşırlar.
Fərda Uğur