AZ

Qəzzada aclıq fəlakəti: BMT ən pis ssenarinin reallaşdığını bildirir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT-nin Dünya Ərzaq Proqramı Qəzzada "ən pis aclıq ssenarisi"nin yaşandığını bəyan edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki,  İnteqrasiya Qida Təhlükəsizliyi Təsnifatına görə, yarım milyondan çox insan fəlakət səviyyəsində aclıq içindədir.

Belə ki, məlumata görə, İsrailin blokadası və intensiv hücumları ərzağa çıxışı təhlükəli və qeyri-mümkün hala gətirib.

Bildirilib ki, Qəzzada 5 yaşadək uşaqlar arasında kəskin qida çatışmazlığı üç dəfə artıb.

Hesabatda o da qeyd olunub ki, təcili humanitar müdaxilə olmadıqda, genişmiqyaslı ölümlər qaçılmazdır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
bakivaxti.az

2Mənbələr