AZ

"Trampın səbr kasası doldu: yeni ultimatum Putinə "həqiqi ağrı" vəd edir" - Qərb KİV-ləri

 
"Putin üçün həm cəbhədə, həm də diplomatik masada vaxt bitir və bu dəfə təcrid real iqtisadi və siyasi vasitələrlə həyata keçiriləcək..."
 
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı siyasətində kəskin dönüş edib. O, daha əvvəl verdiyi 50 günlük müddəti 10-12 günə endirərək, Rusiyaya son xəbərdarlığını ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Qərbin "New York Post", "The Telegraph" və CNN aparıcı nəşrləri yazıb.
 
Qeyd edllir ki, əgər bu müddət ərzində Ukraynadakı hərbi təcavüz dayandırılmasa, Moskva daha sərt iqtisadi təzyiqlərlə üz-üzə qalacaq.
 
 
"Putin sülh istəmir"
 
Trampın sözlərinə görə, artıq gözləməyə ehtiyac yoxdur - Kremlin hərəkətləri sülhə doğru deyil, dağıntıya aparır. Tramp Putini açıq şəkildə ittiham edib: "Biz dəfələrlə düşündük ki, razılaşma əldə olunub,  amma sonra Putin yenidən raketlər atmağa başlayır. İndi bizə açıq-aşkar görünür ki, onun məqsədi heç vaxt sülh olmayıb". ABŞ lideri həmçinin bildirib ki, Rusiya və onunla ticarət edən ölkələrə qarşı 100 faizlik tariflər tətbiq olunacaq və bu siyasətə qoşulmayan müttəfiqlərə də təzyiq ediləcək.
 
Kremlin reaksiyası sərt olub
 
Kreml Trampın yeni ultimatumunu "teatral addım" adlandırıb. Rusiya XİN rəhbəri Sergey Lavrov bu tərzdə çıxışları lağa qoyub, Dmitri Medvedev isə ABŞ-ın mövqeyini "müharibəyə təhrik" kimi dəyərləndirib. Politoloqlar isə bildirir ki, bu reaksiyalar Moskvada real narahatlığın əlamətidir. Trampın iqtisadi təzyiq alətləri bu dəfə gerçək təsir gücünə malik ola bilər.
 
Qlobal dəstək və yeni mərhələ
 
Trampın kurs dəyişikliyi yalnız ABŞ daxilində deyil, NATO daxilində də geniş dəstək alıb. Yeni transatlantik razılaşmaya əsasən, Avropa ölkələri ABŞ-dan daha çox silah alacaq və bu silahlar birbaşa Ukrayna üçün nəzərdə tutulub. Tramp həmçinin NATO-nun hərbi büdcəsinin ÜDM-in 5 fauzinə çatdırılmasını təklif edib və bu addımı "Qərb sivilizasiyasının böyük qələbəsi" adlandırıb.
 
Rusiya iqtisadiyyatı çöküş astanasında
 
Rusiya iqtisadiyyatı artıq ciddi sarsıntılar keçirir. İşçi qüvvəsi çatışmazlığı, sənayedə durğunluq və əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda Moskva üçün yeni sanksiyalar məhz "həqiqi ağrı" anlamına gələcək. Hökumət nümayəndələrinin özləri də vəziyyətin böhran həddində olduğunu etiraf edir.
 
Geosiyasi nəticələr və Putinin təkliyi
 
 
Analitiklərin fikrincə, Trampın bu dəfəki strategiyası əvvəlkilərdən fərqlidir: o, Rusiya ilə güzəştə getməyə deyil, onu iqtisadi və diplomatik cəhətdən təcrid etməyə çalışır. Samuel Ramani yazır ki, Tramp artıq Putinə inanmır və bu səbəbdən onu dəstəkləyən xətti dəyişib. "Putin indi başa düşməlidir ki, Trampın qayıdışı onun üçün ümid deyil, cəza olacaq".
 
Donald Trampın sərtləşdirilmiş ultimatumu Qərbin Rusiyaya qarşı təzyiq strategiyasında yeni mərhələnin başlanğıcını göstərir. Putin üçün həm cəbhədə, həm də diplomatik masada vaxt bitir. Və bu dəfə təcrid yalnız sözlərlə deyil, real iqtisadi və siyasi vasitələrlə həyata keçiriləcək.
Seçilən
0
moderator.az

1Mənbələr