AZ

İnternetsiz mesajlaşma tətbiqi "Bitchat" "iPhone" modellərində istifadəyə verildi

"X" qurucusu Cek Dorsinin təqdim etdiyi "Bluetooth" əsaslı mesajlaşma tətbiqi "Bitchat" "App Store" vasitəsilə istifadəyə verilib. 

Valyuta.az xəbər verir ki, tətbiq “iPhone”, “Mac”, “iPad” və "Apple Vision Pro" cihazlarında işləyir.

"Bitchat" istifadəçilərə internet bağlantısı olmadan təhlükəsiz mesajlaşma imkanı təqdim edir. Əvvəlcə yalnız Android üçün əlçatan olan tətbiq indi iOS 16 və üzəri versiyalarda, macOS 13 və M1 çipli Mac modellərində də işləyir.

Tətbiq "Bluetooth" texnologiyası ilə 300 metrdən çox məsafədə internet olmadan əlaqə yaratmağa imkan verir. Bu xüsusiyyət xüsusilə fövqəladə vəziyyətlərdə və əlaqənin mümkün olmadığı yerlərdə faydalı ola bilər.

Əsas funksiyalar:

İnternetsiz mesajlaşma
300+ metr məsafədə əlaqə
Ucdan-uca şifrələmə
Şifrə ilə qorunan qruplar
Seçilmiş mesajları saxlamaq və ötürmək

Sərvanə Rəmixanova

Seçilən
3
valyuta.az

1Mənbələr