AZ

Kreml Trampın Ukrayna üzrə yeni ultimatumunu NƏZƏRƏ ALDI

Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanması üçün verdiyi 10-12 günlük vaxt məhdudiyyətini nəzərə aldığını açıqlayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib.

News24.az xəbər verir ki, Peskov bildirib ki, Rusiya xüsusi hərbi əməliyyatları davam etdirməklə yanaşı, sülh prosesinə və öz maraqlarını təmin edəcək nizamlanmaya sadiqdir.

Trampın artıq Vladimir Putinlə təmasda maraqlı olmadığına dair açıqlamasına münasibət bildirən Peskov əlavə edib: “Burada, açığını desəm, hər hansı qiymətləndirmədən qaçmaq istərdim.”

Xeyrənsə Piriyeva

Seçilən
6
1
news24.az

2Mənbələr