Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe hərbiləşdirilmiş qruplarla əlaqəsi ilə bağlı aparılan istintaqda rüşvət verməkdə və şahidlərə müdaxilə etməkdə təqsirli bilinib. Kolumbiyanın tarixində ilk dəfədir ki, keçmiş dövlət başçısı məhkəmədə mühakimə olunur.
Cənab Uribeyə qarşı iş onun 2012-ci ildə senator İvan Zepedaya qarşı qaldırdığı iddiadan irəli gəlib. Keçmiş prezident senatoru sövdələşmədə və onun FARC daxil olmaqla, qeyri-qanuni silahlı qruplarla əlaqələri haqqında yalan iddialar yaymaqda ittiham edib. Lakin sonradan məhkəmə Zepedanı günahsız bilib və Alvaro Uribenin özünə qarşı ittiham irəli sürüb.
Keçmiş prezidentə bu ilin sonunda hökm oxunacaq. Onu 12 ilə qədər həbs gözləyir. Cənab Uribe məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.