AZ

“A-Qroup Sığorta Şirkəti”nin rəhbərliyinə təyinat olub

“A-Qroup Sığorta Şirkəti” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Rüstəm Qəmbərov Bahadır oğlu D.Ş.-nin müstəqil üzvü təyin edilib.

Bundan öncə isə Anar Bayramov Məhərrəm oğluElşən Əfəndiyev Şaiq oğlunun adları Direktorlar Şurasının üzvü siyahısından çıxarılmışdı.

Hazırda Direktorlar Şurasına Sabir Adnayev Adnayeviç sədrlik edir. Digər üzv Elxan Qəribli Əhməd oğludur.

Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adnan oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

 

Seçilən
38
banker.az

1Mənbələr