AZ

Saar: "Fələstin dövləti yolverilməzdir"

Bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar beynəlxalq jurnalistlərəaçıqlamaverərkən dilə gətirib. Nazir vurğulayıb ki, ölkəsi heç bir qüvvənin təzyiqi ilə Fələstin dövlətinin yaranmasına göz yummayacaq.

"Bizə müharibəni başa çatdırmaq üçün təzyiq göstərən tərəflər başa düşmürlər ki, silahı yerə qoysaq, Qəzza zolağı HƏMAS terrorçularının idarəsində, hakimiyyətində qalacaq. Təzyiq kampaniyasının məqsədi budur ki, bizi "iki dövlətli" həll yoluna razı salsınlar. Birdəfəlik anlamaq lazımdır: "Fələstin dövləti"nin qurulması elə "HƏMAS dövləti"nin yaranması deməkdir. Bu tamamilə yolverilməzdir",- Saar söyləyib.

O diqqətə çatdırıb ki, İsrailə təzyiq, eyni zamanda, HƏMAS ilə atəşkəs və əsir mübadiləsi üzrə sazişin imzalanması fürsətinə də xələl gətirir:

"Bu, hərbi eskalasiya ehtimalını artırır. Beynəlxalq təzyiq İsrailə yox, HƏMAS-a qarşı yönəlməlidir".
Niderland israilli nazirlərə qadağa qoyub

Son aylarda Avropa İttifaqı səviyyəsində İsrailə qarşı Qəzza zolağında apardığı müharibə səbəbilə təzyiqlər artmaqdadır. Bu çərçivədə bir sıra ölkə İsrailə yardım kampaniyalarını dayandırıb. Fərdi şəxslərə, hökumət nümayəndələrinə qarşı da sanksiyalar, qadağalar irəli sürülür. Məsələn, Niderland İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu ölkəyə girişini yasaqlayıb.

"Çünki adları çəkilən şəxslər Fələstin əhalisinə qarşı zorakılığa, Qəzza zolağında etnik təmizləməyə dəfələrlə açıq çağırışlar dilə gətiriblər",–xarici işlər naziri Kaspar Veldkampın qərar haqqında ölkənin deputatlarına da göndərdiyi rəsmi məktubda vurğulanır.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr