AZ

"Qalatasaray"dan daha bir “transfer bombası” — 50 milyonluq futbolçu

"Qalatasaray" qapıçı mövqeyi istisna olmaqla, mərkəz müdafiəçisi və sağ cinah müdafiəçisi axtarışlarını davam etdirir. 

Demokrat.az
"Sabah" qəzetinə istinadən xəbər verir ki, Viktor Osimhenlə anlaşan, Leroy Saneni transfer edən komandanın baş məşqçisi Okan Burukun həm sağ cinahda, həm də mərkəzdə çıxış edə bilən çoxfunksiyalı müdafiəçiyə üstünlük verdiyi bildirilir. 

"Bavariya"nın cənubi koreyalı mərkəz müdafiəçisi Kim Min-Cae də satınalma hüququ ilə icarəyə götürülməsi nəzərdə tutulan futbolçular arasında yer alır. 

"Cim-Bom"un "Fənərbağça"nın sabiq ulduzu üçün rəsmi təklif verməyə hazırlaşdığı qeyd olunur.

Qeyd edək ki, Kim Min-Cae karyerası ərzində Cənubi Koreyanın "Qyeongju KHNP", "Jeonbuk Hyundai Motors", Çinin "Pekin Quoan", Türkiyənin "Fənərbağça", İtaliyanın "Napoli" və Almaniyanın "Bavariya" klublarında çıxış edib. 

O, Cənubi Koreya millisində 69 oyun keçirib və 4 qol vurub. "Bavariya" 28 yaşlı futbolçunu 2023-cü ildə "Napoli"dən 50 milyon avroya alıb.
 

Jalə
Demokrat.az
Seçilən
2
1
demokrat.az

2Mənbələr