AZ

İran Rusiyanın düşmənidir, yoxsa müttəfiqi? - ŞƏRH

“İran Zəngəzur koridoru mövzusundan əl çəkmir. Əsas hədəfdə də Azərbaycanı saxlayır. Hətta bu Xarici İşlər Nazirliyinin dünənki bəyanatında o mövzuda suala verdiyi cavabdan da bu aydın görünür. Aİ missiyasının müşahidəçiləri Ermənistandadır, artıq NATO missiyasına çevrilib. Çünki Kanada da onun tərkibindədir. Bu, Aİ çərçivəsindən çıxıb. Ermənistan Aİ-yə inteqrasiya ilə bağlı bütün danışıqları aparıb. N.Paşinyan Aİ rəhbərliyi ilə Brüsseldə görüşdü, həm də ondan əvvəl Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəsmisi Yerevanda oldu. Digər rəsmilərin də arası kəsilməyib”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, NATO-nun Gürcüstanda təlimində hazırda Ermənistan müşahidəçi qismində iştirak edir:

“ABŞ-la Ermənistan arasında 2030-cu ilə qədər nüvə təhlükəsinə qarşı birgə mübarizə tədbirləri planı imzalanıb. Üç hərbi təlim keçirilib, avqust ayında da təlim keçirilməlidir. ABŞ açıq mətnlə Ermənistan ərazisində “Tramp koridoru” yaradır. ABŞ-ın məqsədi Azərbaycanın qalan hissəsindən Naxçıvana kommunikasiyanı təşkil etməkdir. Bütün bunların heç birində Azərbaycan iştirak etmir. İran isə vurğunu Azərbaycanın üzərində qoyur.

İranın Ermənistandakı səfiri ABŞ-ın “New Times” qəzetinə müsahibədə Rusiyanın İranın müttəfiqi olmadığı mövzusunda müsahibə verdi. Dedi ki, biz Rusiyanın Ermənistan, Cənubi Qafqazdan uzaqlaşması siyasətində Sizə dəstək verməyə hazırıq. Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan iki gün Litvada oturdu və o müsahibəni təşkil etdi.

Bəlkə Gilan RLS-i tikib, Rusiyanın ərazisində 750 km məsafəni görmək və bu qədər məsafədə RF-ə qarşı elektron müharibə aparmağı Rusiyaya köməkdir?!

Ali rəhbərin çar Rusiyasının işğalçılığı haqda çoxsaylı fikirləri bəlkə RF-ə dəstəkdir?!

Rusiyanın Zəngəzur koridorunda, Sünik mahalında konsulluq açmaq arzusu, iradəsi, qərarı var, amma konsulluğu yoxdur. İranın Ermənistandakı səfirliyinə iki dəfə jurnalistlər bu mövzuda sual veriblər. İran tərəfi öz səfirinin verdiyi cavab-reaksiyanı təhlil etsin”.

Politoloq qeyd edib ki, SSRİ dağılandan bir müddət sonra İran artıq Rusiya ərazisindəki qədim tarixi torpaqları ilə məşğul olmağa başlayıb:

“Abxaziya, Osetiya, Dağıstan, hətta Çeçenistanla məşğul olub. İndi belə İran Azərbaycana Rusiyanın adı ilə qorxu gəlir.

Rusiya rəsmiləri bu vaxta qədər heç vaxt “Zəngəzur koridoru” terminini son dəfə işlətdikləri qədər aydın səsləndirməyiblər. D.Peskov və onun ardınca M.Zaxarova “Zəngəzur koridoru” termini işlətdilər. Bu Ermənistan və İranın acığı gələn sözdür. Azərbaycanın işlətdiyi termindir. Hər gün Putinin yanında 10-15-dəfə olan D.Peskov “Zəngəzur koridoru” terminini işlətdi. Bu o deməkdir ki, Rusiya Ermənistandan uzaqlaşır. Bəlkə D.Peskovun “Zəngəzur koridoru” terminini biz SSRİ-nin varisi olan Rusiyanın SSRİ-nin səhvlərini düzəltmək siyasəti kimi baş düşək. Bu gün SSRİ-nin buraxdığı bəzi səhvləri düzəltmək, SSRİ-nin varisi kimi çıxış etmək Rusiya üçün vacibdir. Avstriya NATO-ya üzv olur. Rusiya mütləq SSRİ-nin adından danışmalıdır.
İran Zəngəzur koridoru ilə bağlı başdan-ayağa yalandır. İranın Ermənistansız Rusiya ilə də birbaşa əlaqələri var, Avropaya da çıxa bilər. Sadəcə bəhanədir. Azərbaycana hücum etmək, Ermənistanı işğal etmək istəyir. Ermənistan da Ermənistandır”.


Xəbər 1 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr