Avqust-sentyabr aylarında paytaxtın marşrut şəbəkəsinə 200 yeni və ekoloji təmiz avtobus əlavə olunacaq.
Operativ Media xəbər verir ki, bu haqda AYNA məlumat yayıb.
Hazırda Bakıda 2200-dən çox avtobus fəaliyyət göstərir.
Bu dəyişiklik intervalların optimallaşdırılmasına və sərnişin rahatlığının daha da artırılmasına yönəlib.