AZ

Bir çox hallarda beynəlxalq platformalarda çap olunmaq üçün sanki alimlər bütün yollara əl atırlar

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Əmək bazarının tələblərindən irəli gələrək universitetlərin keyfiyyətli kadr hazırlığı məsələləri, tədqiqat məsələləri və ölkəmizin universitetlərində xarici tədqiqatçıların və xarici alimlərin pay alması, birgə elmi tədqiqat qruplarında universitet alimlərinin yer alması məsələsi çox önəmlidir”.

Bu barədə Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına bildirib ki, son zamanlar alimlərin tədqiqatlarında istinadlar məsələsi kifayət qədər gündəmə gəlir.

İlqar Orucov

“Biz başa düşürük ki, bunun arxasında həm də böyük biznes durur. Söhbət bizim ölkəmizdən getmir. Ümumiyyətlə, bu istinadlar məsələsi artıq bir biznesə çevrilib. Biz müşahidə edirik ki, bir çox hallarda beynəlxalq platformalarda çap olunmaq üçün sanki alimlər bütün yollara əl atırlar. Amma gerçəklikdən baxanda görürsən ki, yəni belə deyil. Ölkədə həmin tədqiqatı aparmaq üçün infrastruktur olmalıdır. Bu da zəruridir, amma kafi deyil. Görürsən ki, bu tədqiqatı ölkəmizdə aparmaq mümkün deyil. Amma adamın adı həmin məqalədə yer alıb. Universitetin adı da yekunda qeyd olunur. Bəzi hallarda bunlar heç də reallığı əks etdirmir”-deyə İlqar Orucov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
bizimyol.info

1Mənbələr