AZ

Rumıniya Azərbaycandan xam neft tədarükünü artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 378 milyon ABŞ dolları dəyərində 685,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 78,1 faiz və ya 165,8 milyon dollar, həcm baxımından isə 2 dəfə və ya 341,5 min ton üstələyir.

Cari ilin ilk 6 ayı ərzində ölkədən ümumilikdə 6,4 milyard dollar dəyərində 12 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 5,69 faizi bu ölkənin payına düşüb.

Seçilən
63
2
vergiler.az

10Mənbələr