AZ

Qaçaq Nəbi küçəsinin acınacaqlı halı: “Maşını təmir etdirməkdən bezmişik” – VİDEO

Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinin yolları bərbad haldadır.

Bununla bağlı Bakues.az-a şikayət daxil olub.

Şikayətçi bildirib ki, Masazır dairəsindən kəndə qalxan yolun kələ-kötür olması və çuxurların mövcudluğu sürücülər üçün ciddi problem yaradır:

“Müvafiq qurumlar problemi görməzdən gəlir. Ona görə də sakinlər məcbur olub çuxurları daşlarla doldururlar. Bu isə hərəkəti daha da çətinləşdirir. Avtomobillərimizi təmir etdirməkdən bezmişik”.

Onun sözlərinə görə, sözügedən yolda hərəkət intensiv olsa da, yolların acınacaqlı vəziyyəti sürücüləri həm də maddi ziyana salır. Bundan başqa, yolun kənarında kanalizasiya quyusunun ağzının açıq qalması piyadaların həyatını riskə atır.

Mövzuya aid videogörüntünü təqdim edirik:

https://bakues.az/public/uploads/2025/07/bakues_b674c28bafae158fb1ca8ddfb5118f79_gk9qvniwt3cyal7m8rjh.mp4

Seçilən
13
icma.az

1Mənbələr