AZ

Bülent Ersoyun paylaşımı rezonans doğurdu

Kulis.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy paylaşımı ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, İstanbulda 28 mənzili və 4 ultra lüks villası, Marmarisdə isə şəxsi adası olduğu bildirilən Ersoy, bir izləyicisinə göndərdiyi pulun geri qaytarılmamasından narazılığını sərt ifadələrlə bildirib.

Sənətçi sosial media hesabında qeyd edib ki, Berkay Tuncer adlı şəxsə humanitar məqsədlə maliyyə yardımı edib, lakin qarşı tərəf pulu qaytarmayıb.

O, paylaşımında bu sözləri yazıb: “Cənab Berkay Tuncer, qəbzlərlə də sübut olunduğu kimi, bu pulu təcili olaraq bu gecə hesabıma göndərəcəksiniz."

Qeyd edək ki, Bülent Ersoy paylaşımına 16.000 TL məbləğində ödəniş qəbzini də əlavə edib. Lakin sənətçi daha sonra paylaşımını silib.

Maarifçilik köhnəlibmi? - Rəhman Bədəlovun demək istədikləri

"Yaxşı ananın pis qızını almaq lazımdır" - Yalçın İslamzadə

"Çəhrayı Pantera"nın "Müfəttiş Kluzo"su bəlli oldu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
kulis.az

3Mənbələr