AZ

İsrail xarici işlər naziri: HƏMAS güclənib

BAKI, 29 iyul. TELEQRAF

“İsrail HƏMAS-ın da daxil olduğu bir dövlətin yaradılması cəhdlərini rədd edir”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

Nazir qeyd edib ki, son aylar ərzində İsrailə beynəlxalq təzyiqlər HƏMAS-a öz mövqelərini gücləndirməyə imkan verib və xəbərdarlıq edib ki, hərəkatın danışıqlarda davamlı barışmazlığı yeni hərbi eskalasiyaya səbəb ola bilər:

“Hərbi təzyiqlər keçmişdə iki dəfə HƏMAS-ı girovlarla bağlı müqavilə imzalamağa sövq edib. Qəzzadakı iztirablara görə HƏMAS məsuliyyət daşıyır”.

Saar Qəzza zolağında HƏMAS idarəçiliyinin davam etdirilməsinin həm israillilər, həm də fələstinlilər üçün faciə olacağını vurğulayıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr