Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
“Avtoxuliqanlığa görə sizi cərimə meydançasına apara bilməzlər”
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev deyib.
O, həmçinin bilirib:
“Avtoxuliqanlığa görə hər hansısa otağa dəvət oluna bilməzsiniz. Heç protokol da hansısa otaqda yazıla bilməz. Əgər avtoxuliqan kimi saxlanılmısınızsa, protokol anındaca, yerində tərtib edilməlidir. Avtoxuliqanlıq, məsələn, bu hallarda olur. “İki və faha artıq maşınla yarış təşkil ediləndə”, “Yerdə təkərlərin izi qalacaq dərəcədə sürətli sürmək”, “maşını bir və ya iki təkər üzərinə qaldırdıqda”. Bunlardan başqa heç bir hal avtoxuliqanlıq hesab olunmur”.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.