AZ

Səudiyyə Ərəbistanı İsraillə bağlı şərtini açıqladı: Yalnız bu halda...

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilər, ancaq Fələstin dövlətinin yaradılmasından sonra.

Publika.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib.

"Səudiyyə Ərəbistanı Krallığı üçün İsraillə münasibətlərin normallaşması yalnız Fələstin dövlətinin yaradılması ilə baş verə bilər", - Farhan bildirib.

O əlavə edib ki, bu mövqe dəyişməz olaraq qalır və “yalnız Fələstin dövlətinin yaradılması, Fələstin xalqının qanuni hüquqlarının həyata keçirilməsi ilə regionda davamlı sülhə və real inteqrasiyaya nail ola biləcəyimiz” qəti əminliyə əsaslanır.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının İbrahim razılaşmalarına qoşulmasında israrlıdır.

Söhbət ilk Tramp administrasiyasının vasitəçiliyi ilə ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlərdən gedir.

Seçilən
5
publika.az

1Mənbələr