AZ

SOCAR-ın törəmə şirkəti Türkiyəyə qaz idxalını 21%-dən çox artırıb

BAKI, 29 iyul. TELEQRAF

2025-ci ilin mayında Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Enerji Ticaret Anonim Şirketi”mom idxal əməliyyatı 37,60 milyon kub metr qaz təşkil edib.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, şirkət ümumi idxalda 1,06%-lik yer tutub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə “SOCAR Enerji Ticaret”in qaz idxalı 21,28% artıb.

Türkiyənin Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti (BOTAŞ) cari ilin mayında 3 milyard 501,52 milyon kub metr qaz idxal edib, ümumi idxalda payı isə 98,94% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin mayında 90,33 milyon kub metr təbii qaz idxal etməyinə və bazarda 3,13% paya sahib olmağına baxmayaraq, Türkiyənin “Ege Gaz Anonim Şirketi” cari ilin mayında heç bir qaz idxalı həyata keçirməyib.

“Ege Gaz”ın Türkiyənin təbii qaz idxalı bazarını tərk etməsi nəticəsində hazırda bazarda yalnız BOTAŞ və “SOCAR Enerji Ticaret” şirkətləri fəaliyyət göstərir.

Seçilən
3
teleqraf.com

1Mənbələr